Venesuela xalqı ABŞ-ın yeni sanksiyalarına etiraz edib
Avq 11, 2019 17:45 Asia/Baku
Venesuela xalqından yüzlərlə nəfər paytaxt Karakasın küçələrinə toplaşaraq, ABŞ-ın yeni sanksiyalarına etiraz edib.
Yüzlərlə Venesuela vətəndaşı Amerikanın bu ölkəyə qarşı sanksiyalarına etiraz olaraq, paytaxt küçələrinə toplaşıb.
Venesuela vətəndaşlarının əllərində, üzərlərində "Trampa-yox!" şüarı yazılmış plakatlar olub.
Venesuelanın vitse-prezidenti Delsi Rodrigers bu aksiyada deyib: Amerika Venesuelanı sülhə nail olmaq kimi öz müqəddəs haqqından məhrum etmək istəyir, amma müvəffəq olmayacaqdır.
ABŞ prezidenti Donald Tramp ötən çərşənbə axşamı günü bir icra hökmü imzalayaraq, Venesuela hökumətinin aktivlərini, o cümlədən Amerika ərazisində bu ölkənin mərkəzi bankına aid olan maliyyələri dondurdu.