Avstraliyada baş verən yanğında ən azı üç nəfər ölüb, otuz nəfər də yaralanıbdır
https://azeri.sahartv.ir/news/dünya-i351992-avstraliyada_baş_verən_yanğında_ən_azı_üç_nəfər_ölüb_otuz_nəfər_də_yaralanıbdır
Avstraliyada noyabrın 8-də başlanan yanğın ən azı üç nəfərin ölməsi və otuzdan çox adamın yaralanmasına səbəb olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2019 07:22 Asia/Baku
  • Avstraliyada baş verən yanğında ən azı üç nəfər ölüb, otuz nəfər də yaralanıbdır
    Avstraliyada baş verən yanğında ən azı üç nəfər ölüb, otuz nəfər də yaralanıbdır

Avstraliyada noyabrın 8-də başlanan yanğın ən azı üç nəfərin ölməsi və otuzdan çox adamın yaralanmasına səbəb olubdur.

Avstraliyanın "Yeni Cənubi Uels" yanğınsöndürmə idarəsi şənbə günü ölkənin şərqindəki yanğın nəticəsində dörd evin də dağıldığını bildirib.

"Yeni Cənubi Uels" yanğınsöndürmə idarəsinin məlumatına görə, cümə günündən bəri ağaclar, otlaqlar və çəmənliklərdə 77 yanğın baş verib. Bu yanğınlardan 42 halı hələ də söndürülməyibdir.

Avstraliyadakı bəzi yerli medialar bildiriblər ki, bu ölkənin şərqində baş verən yanğın nəticəsində 7 nəfər itkin düşüb. Bu medialar isti və küləkli hava şəraiti ilə əlaqədar yanğının Avstraliyanın qərbinə sirayət edə bilməsi ehtimalı barədə xəbərdarlıq ediblər.