Esper Amerikanın İraqdakı hərbi mərkəzlərinə qarşı hücumlardan nigarandır
Dek 16, 2019 18:55 Asia/Baku
-
Esper Amerikanın İraqdakı hərbi mərkəzlərinə qarşı hücumlardan nigarandır
Amerikanın müdafiə naziri bu ölkənin İraqdakı hərbi binalarına qarşı hücumların dayandırılmasını istəyib.
Mark Esper İraqda iqtisadi duruma qarşı etirazların qızğın çağında bu gün bu ölkənin baş naziri Adil Əbdulməhdidən istəyibdir ki,İraqda amerikalı qüvvələrin yerləşdikləri məkanın hədəfə alınmasının qarşısının alınması istiqamətində daha çox tədbirlər görsün.
Esper İraqın baş naziri ilə telefon söhbətində onun "bəzi amerikan binaların bombalanması" adlandırdığı məsələ barədə nigarançılıq edib və bu hücumların dayandırılması üçün tədbirin görülməsi zərurətindən danışıb.