Dek 17, 2019 15:47 Asia/Baku
  • Avropadan Afrikaya saxta quru süd ixracatı ifşa olunub
    Avropadan Afrikaya saxta quru süd ixracatı ifşa olunub

Avropada beş xalq təşkilatı və afrikalı istehsalçılar ifşa ediblər ki, Avropanın süd məmulatları sənayesi palma yağı ilə düzəldilmiş saxta quru süd qara qitəyə ixrac edirlər.

Avropanın süd məmulatları sənayesi öncə südün yağını ayırır və ondan bahalı kərə hazırlanır. Sonra iri miqdarda yağsız südü toza çevirir və palma yağı əlavə etməklə onu başlıca olaraq Afrikanın qərbinə ixrac edirlər.

Deyilənlərə görə, bu saxta süd Afrikanın qərbində yerli südün qiymətindən otuz faiz aşağı qiymətə satılır.

Fransa-24 xəbər verir: Qərbi Afrikadakı iri satış mərkəzlərində saxta südlər ilə sağlam südlərin fərqlərini çox çətinliklə müəyyən etmək olar və Seneqal kimi bir ölkədə bu məhsul hər yerdə və hətta gözlənilməz məhsullarda tapılır.

Süd üzrə ekspert Kristian Kornio bu barədə belə deyib: Qatıqda, maye süddə, pendir və qatılaşdırılmış süddə də avropalı quru süd və palma yağının tərkibi mövcuddur.

 

Teqlər

Şərhlər