“Amerikalı pilotun xilas edilməsi” hekayəsi fakt-yoxlama zərrəbini altında
İran ərazisində amerikalı pilotun xilas edilməsi barədə məlumat yayıldıqdan sonra hətta ABŞ mediasında da bu əməliyyatın təfərrüatları ilə bağlı suallar ortaya çıxıb.
"Newsmax"ın Ağ Ev müxbiri Mayk Karter vurğulayıb ki, görüntülərin yayılması bu hekayəni təsdiqləmək üçün kifayət deyil. Axtarış-xilasetmə əməliyyatının təfərrüatları, riskin səviyyəsi, sahədəki şərait və əməliyyatın necə həyata keçirildiyi araşdırılmalıdır.Bu suallar göstərir ki, müharibə ilə bağlı yayılan hekayələr, hətta ABŞ mediası tərəfindən yayılsa belə, müstəqil və sübutlara əsaslanan təsdiq tələb edir.Bəzi analitiklər CBS telekanalının “60 Dəqiqə” proqramında İrandan xilas edilən amerikalı pilotla müsahibənin yayımlanmasını sdəcə hərbi və ya televiziya reportajından daha artıq bir hadisə kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, bu, Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində Tramp administrasiyasının ictimai rəyi idarə etmək cəhdinin bir hissəsi ola bilər.İrana qarşı müharibə elə bir şəraitdə davam edir ki, onun insan itkiləri, hərbi və iqtisadi xərcləri Tramp administrasiyası üçün zəif nöqtələrdən birinə çevrilib. Yanacağın qiymətinin artması, hərbi əməliyyatların davam etməsi ilə bağlı narahatlıqlar və müharibəyə ictimai dəstəyin azalması qarşıdakı seçkilərdə respublikaçıların mövqeyini zəiflədə bilər.Belə bir şəraitdə uğurlu xilasetmə əməliyyatının ön plana çıxarılması ictimaiyyətin diqqətini müharibənin nəticələrindən yayındıraraq,“qəhrəmanlıq” və “əməliyyat uğuru” mövzularına yönəltmək imkanı yaradır."Newsmax"ın Ağ Ev müxbiri Mayk Karter vurğulayıb ki, görüntülərin yayılması bu hekayəni təsdiqləmək üçün kifayət deyil. Axtarış-xilasetmə əməliyyatının təfərrüatları, riskin səviyyəsi, sahədəki şərait və əməliyyatın necə həyata keçirildiyi araşdırılmalıdır.Bu suallar göstərir ki, müharibə ilə bağlı yayılan hekayələr, hətta ABŞ mediası tərəfindən yayılsa belə, müstəqil və sübutlara əsaslanan təsdiq tələb edir.Bəzi analitiklər CBS telekanalının “60 Dəqiqə” proqramında İrandan xilas edilən amerikalı pilotla müsahibənin yayımlanmasını sdəcə hərbi və ya televiziya reportajından daha artıq bir hadisə kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, bu, Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində Tramp administrasiyasının ictimai rəyi idarə etmək cəhdinin bir hissəsi ola bilər.İrana qarşı müharibə elə bir şəraitdə davam edir ki, onun insan itkiləri, hərbi və iqtisadi xərcləri Tramp administrasiyası üçün zəif nöqtələrdən birinə çevrilib. Yanacağın qiymətinin artması, hərbi əməliyyatların davam etməsi ilə bağlı narahatlıqlar və müharibəyə ictimai dəstəyin azalması qarşıdakı seçkilərdə respublikaçıların mövqeyini zəiflədə bilər.Belə bir şəraitdə uğurlu xilasetmə əməliyyatının ön plana çıxarılması ictimaiyyətin diqqətini müharibənin nəticələrindən yayındıraraq,“qəhrəmanlıq” və “əməliyyat uğuru” mövzularına yönəltmək imkanı yaradır.