Avstraliya yanğınları iqlimə mənfi təsirlər göstərib
Alimlər deyirlər ki, Avstraliyada geniş meşə yanğınlarına görə havada Karbon Dioksid qazının miqdarı təhlükəli həddi keçib və artıq əvvəlki miqdarına qayıtması mümkün deyil.
Britaniyanın Milli Hidrometeorologiya Təşkilatı bildirib ki, bu il yerin atmosferində karbon çirkləndiriciləri eləcə də istixana qazlarının miqdarında ən çox illik artmaların şahidi olacağıq və bu Avstraliya meşələrindəki geniş yanğınlarla əlaqədardır.
Britaniyalı mütəxəssislərin dediklərinə görə, Avstraliyada geniş meşə yanğınları havada Karbon Dioksid qazının artmasına səbəb olub.
Avstraliyada sentyabr ayından başlayan meşə yanğınlarında 28 nəfər həlak oldu, 1 milyarddan çox canlı məhv olundu.
Yanğınlar 2 mindən çox yaşayış obyektini viran etdi və 100 min kvadrat kilometrlik ərazini külə çevirdi.
Yanğın söndürmə təşkilatının bildirdiyinə görə, Nyu Sout Velsdə yerləşən kənd ərazilərində hələ 30 yanğın mərkəzi nəzarətə alınmayıb.