Mart 22, 2020 20:54 Asia/Baku
  • Çexiyanın qeyri-etik hərəkəti
    Çexiyanın qeyri-etik hərəkəti

Avstraliyanın baş naziri koronavirus pandemiyası ilə mübarizə məqsədilə bu ölkədə əksər ticarət mərkəzlərinin bağlanması haqda göstəriş verib.

Bu göstərişə əsasən, idman klubları, bədii klublar və kino-teatrlar kimi bir çox ictimai iaşə mərkəzinin sabahdan etibarən, fəaliyyət icazəsi olmayacaqdır.

Skott Morison bu haqda bildirib ki, restoran və kafelər yalnız kənara xidmətlər göstərə bilərlər.

Bu göstəriş bir çoxlarının son günlər səhiyyə xəbərdarlıqlarına məhəl qoymadıqları üçün verilibdir.

Avstraliyanın baş naziri həmçinin Amerikanı bu ölkədə koronavirusun yayılmasının ən böyük mənşəyi kimi təqdim edibdir.

O, deyib: Avstraliyada koronavirusa qəti yoluxma halları arasında insanların təqribən səksən faizi xaricdən ölkəyə daxil və ya bu kimi şəxslərlə birbaşa əlaqədə olublar ki, onların da əksər hissəsi amerikalıdır.

Avstraliyada koronavirus pandemiyası sürətlə yayılıb və bu günədək bu ölkədə 1098 nəfərin yoluxması, yeddi nəfərin də vəfat etməsi təsdiq olunubdur.

AVSTRALİYADA ƏKSƏR TİCARƏT MƏRKƏZLƏRİ BAĞLANIB

Teqlər