May 27, 2020 08:45 Asia/Baku
  • ABŞ polisinin zorakılığı daha bir qaradərilini qurban edibdir

Amerika polisinin zorakılığı qaradərili bir şəxsin ölümü ilə nəticələnibdir.

SəhərAzəri -  Bazar ertəsi günü Minnesota ştatının Minneapolis şəhərində bir qaradərili şəxs qətlə yetirilib. Qatil, ağdərili bir polis zabitidir.

Dünən Amerikanın sosial şəbəkələrində yayılan videoçarxda görünür ki, bir ağdərili polis bir qaradərili şəxsi üzüqoylu şəkildə asfalta yatırtdığı bir halda, dizini onun boynuna sıxmaqdadır.

Həmin qaradərili şəxs “Nəfəs ala bilmirəm!”, “Mənə bir az su verin!” və “Məni öldürmə!” fəryadları ilə sonda dünyasını dəyişir.

Amerika polisinin rənglidərililərə və qaradərililərə qarşı zorakılıqları daima bu ölkədə xalq etirazlarının formalaşmasına səbəb olubdur.

Qaradərili ABŞ vətəndaşlarının bu ölkənin polis qüvvələri tərəfindən qırğın edilmələri 2014-cü ildən şiddətlənibdir. Bu məsələ vətəndaş hərəkatlarının formalaşmasına və bu ölkənin bəzi ştatlarında bir neçə günlük qarşıdurmalara səbəb olubdur.

Adətən ABŞ məhkəmələri belə cinayətlərə görə, polis məmurlarını cəzalandırmırlar.

 

Teqlər