ABŞ-dakı irqçiliyə etiraz Danimarkaya gəlib çatdı
https://azeri.sahartv.ir/news/dünya-i362564-abŞ_dakı_irqçiliyə_etiraz_danimarkaya_gəlib_çatdı
Danimarkanın paytaxtı Kopenhagendə yüzlərlə nəfər bir afroamerikalının ABŞ polisi tərəfindən qətlə yetirilməsinə etiraz olaraq aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2020 10:30 Asia/Baku
  • ABŞ-dakı irqçiliyə etiraz Danimarkaya gəlib çatdı

Danimarkanın paytaxtı Kopenhagendə yüzlərlə nəfər bir afroamerikalının ABŞ polisi tərəfindən qətlə yetirilməsinə etiraz olaraq aksiya keçirib.

SəhərAzəri xəbər verir, Danimarkada Amerikadakı rasizmə qarşı aksiyalar təqribən iki min nəfərin iştirakı ilə mayın 31-də Amerikanın Kopenhagendəki səfirliyi önündə başlanıb və bu şəhərin küçələrində davam edibdir.

Bu aksiya iştirakçılarının əllərində amerikalı qaradərilinin qətlinin ardınca ədalətin icrasına dair mesajlara malik plakatlar olubdur.

Bu, 2009-cu ildə Kopenhagendə atmosfer dəyişikliyi konfransının keçirilməsilə bir zamanda etiraz nümayişinin təşkil edilməsindən bəri ən böyük aksiya hesab olunur.