İyun 04, 2020 18:01 Asia/Baku
  • Geniş neft sızmasına görə Sibirdə fövqəladə vəziyyət elan edilib

Rusiya prezidenti Sibirin Krasnoyarsk bölgəsində 20 min litr neft sızmasından sonra bu bölgədə fövqəladə vəziyyət elan edib.

SaharAzeri xəbər verir, Vladimir Putin Sibirdəki böhranlı durumu araşdırmaq üçün keçirilən iclasda bu bölgənin rəsmilərindən həmin ekoloji böhrana son qoymaq üçün bir layihə təqdim etmələrini istəyib.

İclasın davamında qərara alınıb, sızmaqda olan yanacaq yandırılsın ki, ətraf mühit çirklənməsinin davam etməsinin qarşısı alınmış olsun. Həmçinin çirklənmənin genişliyinə görə, qərara alınıbdır ki, bu yanğına nəzarət üçün Rusiyanın ordusu və fövqəladə hallar nazirliyindən yardım alınsın.

Rusiya prezidenti ekoloji böhrana son qoymaq üzrə fövqəladə layihə ilə razılıqdan sonra fövqəladə vəziyyətin elan olunmasını qəbul edib. O, təcili addımların atılması və hadisənin təbiətə neqativ təsirlərinin minimuma endirilməsini istəyib.

Putin bundan əlavə, son hadisə ilə barədə nəzarət və təftiş orqanlarının təhqiqat aparmaları və müqəssirlərin tapılmasını istəyib.

Bəzi ekspertlər bu qənaətdədirlər ki, bu, Alyaskanın Valdez bölgəsindəki neft sızması hadisəsindən sonra Arktikada ən böyük ətraf mühit hadisəsi hesab olunur.

Valdez hadisəsi 1989-cu ilin 24 mart tarixində baş verib. "Exxon Valdez" şirkətinə məxsus neft tankeri qəzaya uğrayıb. Hadisə nəticəsində 40,9 milyon litr xam neft okeana, Alyaskanın sahil sularına dağılaraq, Arktikada neft sənayesinin ən böyük ekoloji qəzalarından birinə çevrilib.

 

 

Teqlər