Rusiyada bir gündə 176 nəfər koronavirusdan ölüb
İyun 26, 2020 11:59 Asia/Baku
Rusiyada son sutkada daha 6 800 nəfərə COVID-19 diaqnozu qoyulub.
SəhərAzəri Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 620 794 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə daha 176 nəfər artaraq 8 981-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 384 152 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 813 nəfər.