Əfqanıstanda tiryək istehsalı artıb
BMT-nin narkotik maddələr və mütəşəkkil cinayətlərlə mübarizə bürosu öz illik hesabatında bildirib ki, 2019-cu ildə Əfqanıstanda 6400 ton tiryək istehsal olunub.
BMT-nin narkotik maddələr və mütəşəkkil cinayətlərlə mübarizə bürosu bu gün öz illik hesabatında bu barədə sonra bildirib ki, 2019-cu ildə Əfqanıstanda 253 min hektar ərazidə xaşxaş və ya tiryək becərilibdir.
Əfqanıstanda tiryək istehsalının artması elə bir haldadır ki, Amerika və müttəfiqləri 2001-ci ildə terrorizmlə mübarizə və bu ölkədə təhlükəsizliyi təmin etmək bəhanəsilə Əfqanıstana basqın etdilər. Amma indiyədək bu ölkədə əmin-amansızlı, terrorizm və narkotik maddələr istehsalı nəzərəçarpacaq dərəcədə artıbdır.
Əfqanıstanın xalqı və rəsmiləri Amerikanın komandanlığı altında olan xarici qüvvələrin bu ölkədən çıxmalarını istəyirlər.