İyun 28, 2020 08:11 Asia/Baku
  • Tramp rəy sorğularını saxta və Baydeni korrupsioner adlandırıb

ABŞ prezidenti iki Tvitter mesajinda medialara və keçiriləcək prezident seçkilərində Demokratların əsas namizədinə şifahi hücum edib.

SaharAzeri xəbər verir, "Gənc Reportyorlar Klubu"nun məlumatına görə, ABŞ prezidenti Donald Tramp Tvitter paylaşdığı mesajlarda ABŞ mediasının rəy sorğusu qaydasını şübhə altına alaraq, cari ildə keçiriləcək prezident seçkilərində Demokrat partiyasının əsas namizədi olan Co Baydenin şansının yüksək olması ilə bağlı aparılan rəy sorğularının nəticələrini inanılmaz və saxta adlandırıb.

D.Tramp öz Tvitter hesabında yazıb: "Mənim Oklahomadakı çıxışımın "Fox News" tarixində şənbə gününə olan reytinqin ən yüksək pilləsini qazanarkən, saxta mediaların xəbərlərinə inanmayın". 

Trampın iddiasına görə, bu rəy sorğuları real deyillər.

D.Tramp sonra başqa bir tvittdə bir daha Co Baydeni hədəfə alaraq, onu korrupsioner adlandırıb.

Son aylarda aparılan rəy sorğularına görə, Trampa dəstək azalıb.

Koronavirus qarşısında Trampın səriştəsizliyi və onun ABŞ-dakı son anti-rasizm aksiyalarına münasibəti bu azalmanın əsas səbəbləridir.

Teqlər