İyun 30, 2020 19:47 Asia/Baku
  • Avropa İttifaqı 14 ölkənin vətəndaşlarına səyahət qadağasını götürür

Avropa İttifaqı zəruri hesab edilməyən səfərlərə qoyulan müvəqqəti məhdudiyyətin tədricən götürülməsinə başlayıb.

SəhərAzəri APA-ya istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat yerləşdirilib. Qeyd olunub ki, ittifaqa üzv ölkələr iyulun 1-dən epidemioloji vəziyyətin yaxşılaşdığı 14 ölkənin vətəndaşlarının səyahətlərinə qoyulan qadağanı götürəcək.

Aİ-nin öz sərhədlərini açmağı planlaşdırdığı ölkələr Gürcüstan, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Kanada, Montoneqro, Serbiya, Tailand, Uruqvay, Ruanda, Əlcəzair, Mərakeş və Tunisdir.

Məlumata görə, siyahı üzv dövlətlər arasında razılaşdırılıb və artıq imzalanıb.

Siyahıda 15-ci ölkə isə Çindir, lakin Aİ-nin yalnız öz vətəndaşlarının Çinə getməsinə icazə verildiyi təqdirdə Çinlə sərhədlərini açacağı bildirilib.

Siyahının hər iki həftədən bir vəziyyətdən asılı olaraq yenilənəcəyi qeyd olunub.

 

Teqlər

Şərhlər