ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı
https://azeri.sahartv.ir/news/dünya-i364016-abŞ_da_koronavirusa_yoluxmada_rekord_qeydə_alındı
ABŞ-da son sutka ərzində 52 min insan koronavirusa yoluxub. Bu, gündəlik yoluxma üzrə rekorddur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2020 13:43 Asia/Baku
  • ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı

ABŞ-da son sutka ərzində 52 min insan koronavirusa yoluxub. Bu, gündəlik yoluxma üzrə rekorddur.

SaharAzeri Report-a istinadla xəbər verir, bu məlumatları Cons Hopkins Universiteti verib.

Mövcud artım afroamerikalı Corc Floydun həbs edilməsi zamanı ölümündən sonra başlayan etirazlarla əlaqələndirilir.

Qeyd olunur ki, ABŞ-da ümumilikdə 2,7 milyon insan koronavirusa yoluxub, 130 mindən çox insan COVID-19-un qurbanı olub.

Ölkə virusun yayılmasına görə dünyada birinci yerdədir.