Emmanuel Makron Avropa İttifaqına üzv ölkələrini kompromisə dəvət edib
Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqına üzv ölkələri iqtisadi böhrandan çıxmaq üçün xilas paketininin qəbulu ilə bağlı güzəştə getməyə çağırıb.
SəhərAzəri-nin CNN telekanalına istinadla məlumatına görə, Emmanuel Makron Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin ikinci günündə etdiyi çıxışında deyib: "İndi Avropa üçün barışıq vaxtı gəlib və biz iqtisadi və sosial sektorlarda misilsiz bir böhranı aradan qaldırmalıyıq ki, bu da birlik və birlik və inteqrasiya tələb edir".
Makron bu sözləri elə bir halda səsləndirir ki, Avropa İttifaqının başçıları koronavirus pandemiyasından irəli gələn iqtisadi böhrandan çıxmaq üçün 750 milyard dollarlıq yardım paketinin təsdiqində çətinlik çəkirlər.
Bu paketin maliyyələşdirilməsi prosesi gərginlik yaradan məsələlərdən hesab olunur.
Koronavirusun yayılması fonunda Avropa İttifaqı ciddi iqtisadi tənəzzül yaşayır.
Avropa İttifaqında kəskin iqtisadi böhranı və iqtisadi bğrpa üçün qısa müddətli proqramların nəticəsiz qalmasını nəzərə alaraq, çətin və narazıl