Avq 02, 2020 22:03 Asia/Baku
  • Yəmən ordusu bir ABŞ pilotsuzunu vurub

Yəmən silahlı qüvvələri Ərəbistan sərhədi yaxınlığında bir amerikan casusluq PUA-nı məhv edib.

SəhərAzəri-nin məlumatına görə, bunu Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib.

Yəhya Əlsəri bildirib ki, Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələri RQ-20 tipli bir casusluq pilotsuzunu Ərəbistan sərhədi yaxınlığında yerləşən Hirz bölgəsində məhv ediblər.

Son zamanlar da Yəmənin hava hücumundan müdafiə və xalq komitələri qüvvələri bu ölkənin şimalında yerləşən Səədə vilayətində səud koalisiyasının bir ədəd casusluq təyyarəsini vurublar.

Ərəbistan ABŞ-ın, BƏƏ-nin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martından Yəmənə hərbi hücum edərək, bu ölkəni hava, quru və dənizdən mühasirə edibdir. Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə bais olubdur.

Teqlər

Şərhlər