Avq 06, 2020 12:48 Asia/Baku
  • Rusiyada COVID-19 peyvəndi uğurla sınaqdan keçirilib

Rusiyanın Səhiyyə Nazirliyi koronavirusa qarşı peyvəndin klinik sınaqlarının sona çatmasından xəbər verib.

SəhərAzəri xəbər verir ki, Bu haqda Rusiyanın səhiyyə naziri Mixail Moraşko keçirdiyi mətbuat konfransında məlumar verib.

O, koronavirusa qarşı peyvəndlərin sınaqlarının hansı mərhələdə olduğu ilə bağlı suala cavab verərkən, deyib: “Rusiyada Gamaliya İnstitutu tərəfindən istehsal edilən koronavirusa qarşı vaksinin klinik sınaqları artıq sona çatıb və yaxın iki ayda digər vaksinlərin kliniki sınaqlardan keçirilməsi üçün lisenziyanın verilməsi gözlənilir”.

Rusiynın səhiyyə naziri avqustun əvvəlində deyib: “Rusiyada koronavirusa qarşı geniş vaksinasiya oktyabr ayında başlayacaq”.

Rusiya Müdafiə Nazirliyi 3 avqust bazar ertəsi günü elan edib ki, koronavirusa qarşı peyvəndi alan könüllülərin araşdırmasının nəticələri, virusa qarşı tam immunitet yarandığını göstərir.

Rusiyada cari ilin sentyar ayından etibarən COVİD-19-a qarşı vaksinin geniş istehsalına başlanması gözlənilir.

Son rəsmi statistikaya görə, bu günə qədər Rusiyada 828 min 990 nəfər koronavirusa yoluxub, onlardan 13 min 673 nəfər ölüb.

Rusiya hökuməti koronavirusla mübarizə üçün son həftələrdə bir neçə dəfə karantin tətbiq edib.

Qeyd edək ki, COVİD-19 adı ilə tanınan koronavirus ötən ilin dekabr ayında Çinin şərqindəki Hubey əyalətinin Vuhan şəhərində aşkarlanıb və hazırda təxminən dünyanın bütün ölkələrinə yayılıb.

Son statistikaya əsasən, indiyədək dünyada 19 milyona yaxın insan koronavirusa yoluxub, onlardan 13 milyona yaxını bu virusdan sağalıb və xəstəxanalardan evə buraxılıb, ən azı 711 min nəfər isə bu virusun qurbanı olub.

Hazırda bir çox ölkə koronavirusa qarşı vaksinlər hazırlayıb, sınaqdan keçirirlər.

Teqlər