Lavrov: Qərb Belarusu öz istədiyi kimi formalaşdırmaq istəyir
Lavrov: Qərb Belarusu öz istədiyi kimi formalaşdırmaq istəyir
"Qərb ölkələri Belarusda etiraz aksiyalarını körükləməklə bu ölkəni öz istəklərinə uyğun şəkildə yenidən formalaşdırmaq istəyirlər".
Səhər Azəri bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.
Sergey Lavrov Qərbin Belarusu öz istəyinə uyğun şəkildə yenidən formalaşdırmağa çalışdığını deyərək, Moskvanın Minsk hökuməti ilə müxalifləri arasında danışıqları dəstəkləmədiyini deyib.
Rusiyanın xarici işlər naziri əlavə edib: Belarus xalqı hazırkı böhrandan çıxış yolu tapacaq və Qərbin vasitəçiliyinə də ehtiyaclı deyil. Zira xarici qüvvələr Belarusda vəziyyəti daha da gərginləşdirməyə çalışırlar.
Rusiya prezidenti Vladimir Putin də bundan öncə xarici müdaxilənin Belarusda vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyini demişdi.