Ənsarullahın lideri:
"Fələstinlə bağlı mövqeyimiz prinsipialdır"
Yəmən Ənsarullahının lideri Aşura çıxışında Fələstinlə bağlı mövqelərinin prinsipial və dəyişilməz olduğunu dedi.
Səhər Azəri bildirir ki, Əbdülmalik Əl-Husi Aşura günü münasibətilə etdiyi çıxışda Amerika, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin düşmənçilikləri ilə mübarizəni Ənsarullahın prinsipial və dəyişilməz mövqeyi adlandırıb və cihadın müqəddəs olduğunu deyib.
Əbdülmalik Əl-Husi əlavə edib: Yəmən xalqı Ərəbistan və BƏƏ-nin simvolu olduqları nifaq və fitnə cəbhəsində yer almamağa dair qəti seçim edib.
Əl-Husi həmçinin deyib: Müstəqillik və asılılıqdan xilas olmaq yolunu seçən xalqın yolu, Hüseyn(ə) yoludur.
Ənsarullahın lideri çıxışının davamında deyib: ABŞ, Səudiyə Ərəbistanı və BƏƏ-nin təcavüzlərinə qarşı mübarizə Yəmən xalqının dəyişilməz mövqeyidir. Cihad müqəddəs və dini vəzifədir.