Sen 12, 2020 08:04 Asia/Baku
  • Səudiyyə qırıcıları Yəməni vurdu

Səudiyyə Ərəbistanı qırıcıları Yəmənin paytaxtı Səna şəhəri və ətraf məntəqələri hədəfə alıblar.

Səhər Azəri bildirir ki, bu barədə Yəmənin Əl-Məsirə informasiya kanalı məlumat yayıb. 

Səna vilayətinin yerli rəhbərliyi tərəfindən verilən açıqlamaya əsasən Səudiyyə qırıcıları paytaxt Sənanın müxtəlif məntəqələrini bir neçə mərhələdə hədəfə alıblar. 

Səudiyyə qırıcıları Yəmənin paytaxtına olan hücumlarında əkin sahələri və hərbi mühəndislik idarəsinə zərbələr endiriblər. 

Teqlər