Rus idmançılar bütün idman yarışlarında iştirakdan məhrum ediliblər
https://azeri.sahartv.ir/news/dünya-i370895-rus_idmançılar_bütün_idman_yarışlarında_iştirakdan_məhrum_ediliblər
Ali İdman Məhkəməsi rusiyalı idmançılara iki il müddətinə bütün idman yarışlarında iştirak etməyi qadağan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2020 08:23 Asia/Baku
  • Rus idmançılar bütün idman yarışlarında iştirakdan məhrum ediliblər

Ali İdman Məhkəməsi rusiyalı idmançılara iki il müddətinə bütün idman yarışlarında iştirak etməyi qadağan edib.

SəhərAzəri xəbər verir, Bu məhkəmə Rusiya idmançılarının dopinq rüsvayçılığından sonra bu ölkəyə iki il müddətinə bütün idman tədbirlərində iştirak etməyi qadağan edib.

Qeyd edək ki, Rusiya idmançılarının məhrumiyyəti haqda qərar öncə dörd il müddətinə qəbul edilib, lakin sonradan bu müddət iki ilədək azaldılıbdır.

Beləliklə, Rusiya/ Tokio olimpiya oyunları, futbol üzrə Qətər dünya çempionatı, eləcə də futbol üzrə gənclərin dünya çempionatında iştirakdan məhrum edilibdir.

Əlbəttə, bu ölkə UEFA-nın qanunlarına görə, Avropa yarışlarında iştirak edə bilər.