Rusiya kibergərginliyin nəticələri barədə xəbərdarlıq edib
Rusiya hərbi çəkişmələrin kiber və kosmos qarşıdurmalarına yayılması barədə xəbərdarlıq edib.
SəhərAzəri Xəbər verir, Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov dünən deyib: Hərbi qarşıdurmanın kiberməkana və kosmik fəzaya yayılması, nüvə silahlarının idarə və onlardan istifadə edilməsi sistemlərinə müdaxilə təhlükələrini artıracaq.
O, hərbi qarşıdurmanın kiberməkana və onun hüdudlarından kənara yayılmasına işarə ilə deyib: Biz nüvə silahlarının idarə və onlardan istifadə edilməsi sistemlərinin fəaliyyətinə müdaxiləyə görə hadisə təhlükəsinin artdığını görürük.
Amerika bir neçə gün bundan qabaq kütləvi kiberhücumlar hədəfinə çevrildi. Bu hücumlar Amerika müdafiə nazirliyi də daxil olmaqla mühüm orqanları hədəfə aldı. Amerikalılar dərhal Rusiyanı kiberhücumlarda ittiham etdilər. Moskva isə bu ittihamları qətiyyətlə rədd etdi.