Mart 09, 2021 17:24 Asia/Baku
  • AP separatçıların toxunulmazlığını ləğv etdi

Avropa Parlamenti Kataloniyanın keçmiş rəhbəri Karlos Puçdemon və daha iki siyasətçi – Toni Komin və Klara Ponsatinin deputat toxunulmazlığını ləğv edib.

SəhərAzəri xəbər verir, bu məlumatı TASS agentliyi yayıb. Məlumata görə, bu, siyasətçilərin İspaniyaya ekstradisiyası prosesini yeniləməyə imkan verəcək.

Qeyd edək ki, Puçdemon və digər iki siyasətçi Kataloniyanın müstəqillik referendumunu təşkil etdikdən sonra regionun müstəqilliyini elan etmişdilər. Bundan sonra Puçdemon İspaniya tərəfindən beynəlxalq axtarışa verilib.

Teqlər