Rusiyaya dəhşətli sanksiya tətbiq edilə bilər – Kreml
https://azeri.sahartv.ir/news/dünya-i374774-rusiyaya_dəhşətli_sanksiya_tətbiq_edilə_bilər_kreml
Dünya siyasətindəki hazırkı situasiya Rusiyadan Qərbdən gələcək mümkün təhdidlərə qarşı diqqəti artırmağı tələb edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 22, 2021 19:38 Asia/Baku
  • Rusiyaya dəhşətli sanksiya tətbiq edilə bilər – Kreml

Dünya siyasətindəki hazırkı situasiya Rusiyadan Qərbdən gələcək mümkün təhdidlərə qarşı diqqəti artırmağı tələb edir.

SəhərAzəri xəbər verir ki,bu sözləri TASS-a açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Qərb hətta Rusiya üçün SWIFT beynəlxalq banklararası sistemini də söndürə bilər:

“Siz görürsünüz ki, Qərb, o cümlədən ABŞ-ın Rusiyaya sanksiyaları sərtləşməklə davam edir. Onların bu addımlarını artıq proqnozlaşdırmaq mümkün deyil. Ona görə də biz hər şeyə hazır olmalıyıq”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Lavrov dollardan imtina və beynəlxalq banklararası sistemdən asılı olmamaqla bağlı Çinə çağırış edib.