Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada görüşüb
https://azeri.sahartv.ir/news/dünya-i375192-rusiya_və_ermənistan_xİn_rəhbərləri_moskvada_görüşüb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ara Ayvazyanla görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2021 21:17 Asia/Baku
  • Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ara Ayvazyanla görüşüb.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, nazirlər humanitar və iqtisadi məsələləri müzakirə ediblər.

“Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələrinin həyata keçirilməsini müzakirə ediblər”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

 

Nazirlər ikitərəfli əməkdaşlığın aktual məsələləri, iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə hazırlıq barədə fikir mübadiləsi aparıblar.