Rusiya və Çin strateji tərəfdaşlıq müqaviləsini uzatdılar
İyun 28, 2021 18:48 Asia/Baku
Rusiya prezidenti Vladimir Putin ilə Çin həmkarı Şi Cinpin arasında videokonfrans formatında keçirilən görüşdə, iki ölkə arasındakı strateji tərəfdaşlıq, dostluq və əməkdaşlıq müqaviləsinin müddəti uzadılıb.
SəhərAzəri-nin məlumatına əsasən, görüş zamanı Vladimir Putin qeyd edib ki, Rusiya-Çin münasibətləri misli görünməmiş səviyyəyə çatıb və beynəlxalq əməkdaşlıqlar üçün bir nümunə ola bilər.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Putin ilə Şi Cinpin arasındakı danışıqlar barədə deyib: "Danışıqlar xüsusi qapalı bir kanal vasitəsi ilə aparılıb, bu isə danışıqların çox gizli vəziyyətdə aparıldığı deməkdir və iki ölkə rəsmilərinin bir-birlərinə olan xüsusi inamından xəbər verir".