Beynəlxalq Enerji Agentliyi "OPEK+"dakı fikir ayrılıqları ilə bağlı xəbərdarlıq edib
İyul 14, 2021 14:55 Asia/Baku
Beynəlxalq Enerji Agentliyi "OPEK+"a üzv ölkələr arasındakı fikir ayrılıqlarını enerji bazarı üçün təhdid kimi xarakterizə edib.
SəhərAzəri-nin məlumatına əsasən, Beynəlxalq Enerji Agentliyi "OPEK+"da əsas neft istehsalçıları arasında fikir ayrılıqlarının davam etməsinin qiymət müharibəsinə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
"Yanacağın bahalaşması orta inflyasiyanı yüksəldə bilər və bu da qlobal iqtisadiyyatın dirçəldilməsi səylərinə zərər verə bilər", - deyə Beynəlxalq Enerji Agentliyi qeyd edib.
Beynəlxalq qurum vurğulayıb: "OPEC+" da fikir ayrılıqları, bu ay hasilatın hazırkı səviyyədə qalacağı deməkdir ki, belə olan halda tələbatın artması ilə təklif keçən ilin eyni dövrü ilə müqayisədə azalacaq".