Rusiya İran və Hindistanı Əfqanıstan sülh müzakirələrinə qatılmağa çağırıb
Rusiyanın Yeni Dehlidəki səfirliyinin sözçüsü Dmitri Solodov Moskvanın İran və Hindistanı Əfqanıstan sülh müzakirələrinə qatılmağa çağırdığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Solodov deyib ki, Tehran və Yeni Dehlinin Əfqanıstan sülh müzakirələrinin asanlaşdırılması üzrə “Troyka” adlı dövlətlərarası qrupun üzvləri kimi iştirakı bu qrupun potensialını daha da artıra bilər.
Moskvanın İran və Hindistanın yeni üzvlər kimi bu qrupa qatılmalarına dair təklifi fonunda qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün bundan öncə Daşkənddə keçirilən əlaqə yığıncağında demişdi ki, digər nüfuzlu xarici oyunçuların ehtimal üzrə troykaya daxil olmaları məsələsi barədə bəhs etməkdədirlər.
Bundan öncə Əfqanıstanın hökumət nümayəndələrinin, yüksək vəzifəli şəxsiyyətlərin və Taliban-ın yüksək səviyyəli siyasi heyətinin iştirakı və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin çıxışı ilə İranın Xarici İşlər Nazirliyi məkanında əfqanlararası yığıncaq öz fəaliyyətinə başladı.