Makron dövlətə etiraz edənləri təhqir edib
https://azeri.sahartv.ir/news/dünya-i379864-makron_dövlətə_etiraz_edənləri_təhqir_edib
Fransa prezidenti dövlətin korona qanunlarna etiraz edənləri təhqiramiz şəkildə tənqid edərək, vurğulayıb ki, onlara təslim olmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2021 16:14 Asia/Baku
  • Makron dövlətə etiraz edənləri təhqir edib

Fransa prezidenti dövlətin korona qanunlarna etiraz edənləri təhqiramiz şəkildə tənqid edərək, vurğulayıb ki, onlara təslim olmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Emmanuel Makron «Paris Maç» jurnalı ilə müsahibədə belə deyib: Mən heç bir vəchlə etirazçıların ifratçı zorakılıqlarına təslim olmayacağam. Onların baxışı, demokratiya üçün bir təhdiddir.

Makron sonra etirazçıları ağılsız adlandırıb və bildirib: On minlərlə nəfər ağlını elə itiribdir ki, «biz diktaturada yaşayırıq» deyə bilərlər.