Amerikalı professor Baydenin İran siyasətini tənqid etdi
ABŞ İrana uğursuz təzyiq siyasətini davam etdirir
Amerikalı ekspert və nəzəriyyəçi İrana qarşı maksimum təzyiqin dəfələrlə uğursuzluğuna işarə edərək, ABŞ-ın hazırkı prezidentinin bu siyasəti hələ də davam etdirdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın beynəlxalq münasibətlər üzrə məşhur professoru Stiven Uolt "Foreign Policy" jurnalındakı bir təhlilində bu ifadələri qeyd edib:
"Prezident Co Bayden administrasiyası bu siyasəti dəyişdirəcəyinə söz versə də, uğursuz oldu. Bayden vəzifəyə başlayanda çoxları ABŞ-ın digər ölkələrlə münasibətləri nizamlı, proqnozlaşdırıla bilən və qabaqcıl şəkildə təşkil edəcəyini düşünürdü. Trampın prezidentliyinə iz qoyan tvitlərlə diplomatik dövrün sona çatacağı və məsuliyyətli dövlət məmurlarının vəzifəyə keçəcəyi düşünülürdü. Xarici siyasət bir gecədə dəyişmir. Ancaq bununla yanaşı Baydenin performansının bəzi aspektləri narahatlıq doğurur və bu vəziyyət bəzi mütəxəssislərin onu sələfi ilə müqayisə etmələrinə səbəb olub".
Bu ABŞ mütəxəssisi Baydenin prezidentliyinin bu aspektləri haqqında belə yazıb:
"Əslində, Bayden görünür dəfələrlə sınaqdan keçirilmiş, lakin heç bir nəticə verməyən öz maksimum təzyiq üsuluna tərəf irəliləyir".