Hindistan xarici işlər naziri Ermənistana səfər edəcək
Cənubi Qafqazdakı çəkişmələrin qızğın çağında Yeni Dehli region olayları barədə Ermənistan rəsmiləri ilə məşvərət üçün Hindistan xarici işlər nazirinin Ermənistana ikingünlük səfərindən xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Hindistan xarici işlər nazirliyinin bildirdiyinə görə, bu ölkənin xarici işlər naziri Subramaniam Cayşankar İrəvana səfər edəcək.
Mediaların bildirdiklərinə əsasən, Hindistan xarici işlər nazirinin Ermənistana ilk səfəri cari həftədə həyata keçirilməlidir.
Hindistan xarici işlər nazirliyinin məlumatına əsasən, Cayşankar Ermənistanın əsas rəsmiləri ilə görüşlərdə onlarla ikitərəfli əlaqələr və region olayları barədə məşvərət edəcək.
Yeni-Dehli bildirib ki, Subramaniam Cayşankar bu səfərdə Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və parlament sədri Alen Simonyanla ayrı-ayrı görüşlər təşkil edəcək.