Rusiya və Türkiyə diplomatlarının məşvərəti
-
Rusiya və Türkiyə
Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri Azərbaycan Respublikası, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyədən ibarət üç üstəgəl üç mexanizminin tez bir zamanda işə salınması vacibliyinə təkid ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko və onun türkiyəli həmkarı Sadat Onal, Moskvada keçirilən bir iclasda Cənubi Qafqazdakı problemlərin həll edilməsi məqsədilə üç üstəgəl üç mexanizminin tez bir zamanda işə salınması vacibliyinə təkid ediblər.
Bu məlumata görə, Rusiya və Türkiyə diplomatları həmin iclasda Mərkəzi Asiya və Cənubi Qafqaz problemlərinin həll edilməsi üçün Moskva və Ankaranın iştirakı, həmçinin ikitərəfli əlaqələrlə bağlı məsələlərdən geniş bir spektri nəzərdən keçiriblər.