ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları
https://azeri.sahartv.ir/news/dünya-i383436-abŞ_ın_rusiyaya_qarşı_yeni_sanksiyaları
Ölkələri sanksiya etməyə adət etmiş Amerika bildiribdir ki, «Şimal Axını-2» qaz boru kəməri layihəsilə bağlı olan bir rus şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2021 17:50 Asia/Baku
  • Şimal Axını-2
    Şimal Axını-2

Ölkələri sanksiya etməyə adət etmiş Amerika bildiribdir ki, «Şimal Axını-2» qaz boru kəməri layihəsilə bağlı olan bir rus şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın dövlət katibi Entoni Blinken deyibdir ki, Rusiyanın tabeliyində olan «Transadriya» şirkəti və onun iki gəmisi «Şimal Axını-2» layihəsinin təkmilləşdirilməsindəki iştirakına görə, sanksiya ediliblər.

Sentyabrın onunda Rusiyanın Qazprom şirkəti bildirdi ki, «Şimal Axını-2» layihəsi tamamilə başa çatıb və onun vasitəsilə Baltik dənizinin dibindən keçməklə Rusiyadan Almaniyaya il ərzində 55 milyard kubmetr qaz ötürülməlidir.