Rusiya-Ukrayna müharibəsində son durum
Rusiya ordusu daha 6 yaşayış məntəqəsini ələ keçirdiyini bildirib.Rusiya MN-in rəsmisi mediaya açıqlamasında bu barədə məlumat verib.
İqor Konaşenkov bildirib ki, ələ keçirilən qəsəbələr Urajayno, Novodonetsk, Novomayorsk, Dorojnyanka, Zaqorno və Çarivnodur.
Bundan əlavə, Rusiya ordusunun Ukraynanın 14 təyyarə, helikopter və “Bayraqdar”ını vurduğu bildirilib.
Qeyd edək ki, rus ordusunun İrpen şəhərinin bir hissəsini də ələ keçirdiyi rəsmən təsdiqlənib.
Ukraynanın UNİAN agentliyi isə iddia edib ki, martın 7-nə keçən gecə Ukrayna hərbçiləri Herson yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 30-a qədər helikopterinin yerləşdirildiyi Çernobayevka aerodromunu hədəfə alıblar və nəticədə Rusiyanın 30 helikopteri, həmçinin canlı qüvvə və texnikası məhv edilib".
Həmçinin bu gün Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Qərbdən ciddi silahların tədarükü ilə bağlı razılıq əldə olunub. İlkin məlumatlara görə, bunlar qırıcılar və Hava Hücumundan Müdafiə sistemləridir.
RİA isə məlumat verir ki, ABŞ və digər NATO ölkələri ötən həftə müddətində Ukraynaya daha 17 min tank əleyhinə silah verib. Onlar əsasən “Javelin” silahıdır.
Bildirilib ki, silahlar Polşa və Rumıniyadan nəqliyyat təyyarəsi ilə Kiyev və digər iri şəhərlərə çatdırılıb.