Səudiyyə Ərəbistanı və BƏƏ Ukrayna böhranı ilə bağlı Baydenlə danışıqlardan imtina ediblər
-
Bayden
Məhəmməd bin Salman və Məhəmməd bin Zayed Baydenlə telefonla danışmaq istəyini rədd etdikdən sonra Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıblar.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın "Wall Street Journal" qəzeti bildirib ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin Şeyxi Məhəmməd bin Zayed Əl Nəhyan ABŞ prezidenti Co Baydenlə danışıqlar aparmaqdan imtina ediblər. Bayden artan neft qiymətlərini azaltmağa və Ukraynaya beynəlxalq dəstək toplamağa çalışır.
Səudiyyə Ərəbistanının vəliəhdi ilə Bayden arasında planlaşdırılan telefon danışığı ilə bağlı ABŞ rəsmisi jurnal-a deyib ki, "Telefon zəngi gözləntiləri var idi, lakin bu baş vermədi".
ABŞ rəsmisi deyib ki, Bayden, Qərbin Rusiyaya qarşı sərt sanksiyalarının enerji bazarlarına təsirini azaltmaq üçün neft hasilatının artırılması ilə bağlı Məhəmməd bin Salmanla telefon danışığı aparmalı idi.
Məlumata görə, oxşar qərar Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən də verilib və o, da Baydenin zənglərini qəbul etməkdən imtina edib.
"Wall Street Journal" bildirib ki, hər iki lider ötən həftə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.