Apr 01, 2022 11:53 Asia/Baku
  • NATO Ukraynaya silah göndərməklə “odla oynayır”

Rusiya hökuməti NATO-nu Ukraynaya silah göndərməklə odla oynamaqda ittiham edib.

SəhərAzəri “RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktoru Nikolay Kobrinets deyib ki, hazırda Şimali Atlantika Alyansının komandanlığı altında 40 min hərbçi yüksək hazırlıq vəziyyətindədir. 

Diplomat hesab edir ki, NATO sülh haqqında düşünmür, ona sadəcə öz mövcudluğuna və Rusiyanın “qarşısını alma” siyasətinə haqq qazandırmaq lazımdır.  

Kobrinets vurğulayıb ki, NATO-da  Rusiya ilə birbaşa toqquşmaqdan qorxurlar – onlar hələ də özlərini qorumaq hissini itirməyiblər. Lakin onlar “sonuncu ukraynalıya qədər” döyüşmək niyyətindədirlər. Bu, qeyri-insani və son dərəcə ədəbsiz siyasətdir.

Teqlər