Apr 16, 2022 11:27 Asia/Baku
  • Rusiya Ukraynaya hərbi yadımına görə ABŞ-a xəbərdarlıq etdi

Rusiya Ukraynaya göndərilən hərbi yardıma görə ABŞ-a və digər Qərb dövlətlərinə xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Federasiyasının xarici siyasət idarəsi Ukraynaya silah tədarükünə rəsmi etirazını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti agentliyinə XİN-in Ukraynaya silah tədarükü ilə bağlı ABŞ da daxil olmaqla bütün ölkələrə nota göndərdiyini təsdiqləyib.

Beləliklə, o, belə bir notadan bəhs edən Washington Post-un məqaləsinə şərh vermək istəyinə cavab verib.

Rusiyanın diplomatik müraciətində deyilir: “Biz Amerika və onun müttəfiqlərini region və beynəlxalq təhlükəsizlik üçün gözlənilməz nəticələr doğura biləcək Ukraynanı məsuliyyətsiz şəkildə silahlandırmağa son qoymağa çağırırıq”.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın Ukraynaya silah tədarükünü davam etdirəcəyi təqdirdə Vaşinqtona edilən xəbərdarlığı şərh edərkən deyib ki, heç nə ABŞ-ı Ukraynaya hərbi yardım göstərməkdən çəkindirə bilməz.

O həmçinin qeyd edib: “Ruslar bunu rəsmi şəkildə bəyan etməsələr də istənilən halda heç nə bizi başladığımız strategiyadan çəkindirə bilməz”.

Teqlər