Çinin CGTN portal:
“NATO hərbi münaqişələrə yol açır”
NATO ABŞ-ın dünya hökmranlığını təmin etmək üçün Asiya-Sakit Okean regionunda sabitliyi pozmağa çalışır. Bu barədə Çinin CGTN portalı məlumat yayıb.
Nəşr qeyd edir ki, NATO özünü müdafiə alyansı kimi göstərsə də eyni zamanda intensiv şəkildə genişlənir və hərbi münaqişələrə yol açır.
“NATO sülh və təhlükəsizlik üçün çağırışlar edir. Lakin eyni zamanda digər ölkələrə böyük miqdarda bombalar atır. İndi o, diqqətini Atlantikdən Asiya-Sakit Okean bölgəsinə yönəldib",-deyə məqalədə deyilir.
Nəşr qeyd edir ki, NATO ABŞ-ın aləti ilə hegemonluğa nail olmaq istəyir. Birləşmiş Ştatlar qüdrətlənən Çini hökmranlığa maneə kimi görür.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO ölkələri artıq Ukraynaya azı 8 milyard dollar yardım edib.