Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları gücləndirilir
Avropa İttifaqı Şurasının rəhbəri qərblilərin anti-Rusiya siyasətlərinə uyğun olaraq, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı bu birlik rəhbərlərinin qeyri-rəsmi toplantısının keçiriləcəyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa İttifaqına üzv dövlətlərin başçılarına məktub göndərərək,, bildirib ki, Avropa İttifaqı başçılarının qeyri-rəsmi görüşü (6 və 7 oktyabr) Ukraynaya hərbi və iqtisadi dəstəyin davam etdirilməsi və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi mövzusunda keçiriləcək.
Mişel Avropa liderlərinə yazdığı məktubunda Ukrayna müharibəsinə son qoymağa çalışdığını iddia edərək, yazıb: "Rusiyaya təzyiqləri daha da artırmaq üçün məhdudlaşdırıcı tədbirlərimizi gücləndirməyə davam edəcəyik".