Noy 07, 2022 13:07 Asia/Baku
  • Avropa əhalisinin yarıdan çoxu yoxsulluğa sürüklənir

Bir sorğunun nəticələri göstərir ki, avropalıların yarıdan çoxu özünün xaotik iqtisadi vəziyyətindən narahatdır.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna müharibəsi fonunda dünyada ərzaq məhsullarının qiymətlərinin artması və Rusiyaya qarşı sanksiyaların tətbiqi çoxlarını ərzaq çatışmazlığı ilə üzləşdirir. 

Bu sanksiyalar enerji və əmtəə qiymətlərində əhəmiyyətli artımlara səbəb olub və ekspertlər dünyanın gələcəyi ilə bağlı narahatdırlar. 

Qlobal İnkişaf Mərkəzi bildirib ki, Rusiya ilə Ukrayna arasında müharibənin səbəb olduğu enerji və ərzaq qiymətlərinin artması bütün dünyada 40 milyondan çox insanı həddindən artıq yoxsulluğa sürükləyəcək.

Mərkəz, həmçinin ixrac məhdudiyyətləri və Rusiya ərzaq istehsalına qarşı sanksiyalar barədə xəbərdarlıq edərək, əlavə edib: Son 20 ildə ərzaq məhsullarının qiymətlərində iki əhəmiyyətli artım baş verib. Bunlar 2007 və 2010-cu illərdə başlamışdır. Artıq ərzaq məhsullarının qiymətləri həm nominal, həm də real ifadədə həmin sıçrayışlarda əldə edilən səviyyələri üstələyib. 

"Rusiya Əl-Youm" telekanalının məlumatına görə, inflyasiya və yüksək qiymətlər Avropa şəhərlərini bürüyüb və insanlar sərt qışdan narahatdırlar.

İtaliyada insanların üçdə ikisinin bu cür narahatlığı var.

Eyni zamanda hər üç Avropa vətəndaşından ikisinin heç bir əmanəti yoxdur.

Bu göstərici Yunanıstanda 88 faizdir. 

"Fransada Xalq Yardımı" təşkilatının apardığı rəy sorğusunun nəticələrinə görə, hazırda Avropada bir çox insanlar ağır maliyyə şərtləri səbəbindən mürəkkəb vəziyyətlərlə üzləşirlər.

Onlar gediş-gəlişləri 62 faiz məhdudlaşdırır və ya yaxınlarından kömək istəyir.

Onların 47 faizi bildirib ki, bəzi hallarda istilik cihazlarını işə salmırlar.

34 faizinin səhhətində problemlər var Və onların tibbi müalicə üçün maddi imkanları yoxdur.

Teqlər