Noy 07, 2022 20:19 Asia/Baku
  • Amerikanın Miçiqan ştatı qaranlığa qərq oldu

Fırtına ABŞ-ın Miçiqan ştatının böyük hissəsini qaranlığa qərq edib.

"İRNA"nın məlumatına görə, ABŞ-ın Miçiqan ştatında güclü qasırğa 120 mindən çox abonentin elektrik şəbəkəsini kəsib.

Sürəti saatda 100 kilometrə çatan bu fırtına bazar günü axşam Miçiqan ştatının cənub-şərqini vurub.

Bəzi ərazilərdə fırtına o qədər güclü olub ki, elektrik dirəklərini aşırıb.

Miçiqan Ştatının Enerji Departamentinin rəsmiləri bu ərazilərdəki insanlara elektrik ötürücü xətlərə yaxınlaşmamaq üçün xəbərdarlıq ediblər.