Sudan ordusu Çevik Dəstək Qüvvələrinin mövqelərinə hava zərbələri endirib
Sudan ordusu Çevik Dəstək Qüvvələrinin mövqelərinə hava zərbələri endirib.
Sudanda Əbdül Fəttah Əl-Burhanın rəhbərlik etdiyi ordu qüvvələri ilə Həmidti kimi tanınan Məhəmməd Həmdan Dəqlonun rəhbərlik etdiyi Çevik Dəstək Qüvvələri arasında hakimiyyət uğrunda gedən döyüşlərin davam etməsi fonunda ordunun hava qüvvələri bu gün günorta saatlarında Çevik Dəstək Qüvvələrinin Xartumdakı mövqelərini növbəti dəfə bombalayıblar.
Keçən həftə media mənbələri Britaniya kəşfiyyat xidməti MI6-nın Həmidtiyə dəstək məqsədilə Sudan ordusuna qarşı əməliyyatını ifşa etdilər.
Hərbi diplomatik bir mənbə də Britaniya kəşfiyyat xidməti MI6-nın yüzə yaxın ukraynalı xüsusi təyinatlılardan ibarət qrupu Sudana göndərdiyini açıqlayıb.
Bu xüsusi təyinatlıların Afrikaya göndərilməsində əsas məqsəd Afrika ölkələrində infrastrukturu dağıtmaq və Rusiya ilə əməkdaşlıqda maraqlı olan Afrika liderlərinə sui-qəsd təşkil etmək olub.