Avq 27, 2023 16:00 Asia/Baku
  • London muzeyindən minlərlə tarixi əşya yoxa çıxıb

London muzeyinin direktoru bu muzeydən minlərlə tarixi əşyanın yoxa çıxdığını bildirib.

Öz istefasını elan edən Harviq Fişer qeyd edibdir ki: İndiyədək bu muzeydən iki mindən çox tarixi əşya oğurlanıb və London muzeyi oğurlanmış əşyalar haqda heç bir dəqiq statistikaya malik deyildir.

Fişer itmiş eksponatların heç vaxt ictimaiyyət qarşısına çıxarılmayan qızıl tikələri və kiçik zərgərlik məhsulları olduğunu etiraf edib.

Keçən həftə/ yoxa çıxmış əşyaların bir hissəsinin oğurlandığı və ya zərər çəkdiyini bildirən London muzeyi/ işçilərindən birinin muzeydən qovulmasından xəbər verib.

Bu hadisəyə reaksiyada İranın İngiltərədəki səfirliyinin müvəqqəti işlər vəkili vurğulayıbdır ki: İngiltərə milli muzeyindən minlərlə tarixi əşyanın oğurlandığı bir halda, daha bu məkan/ çox dəyərli İran əsərləri də daxil olmaqla tarixi əşyaların saxlanılması üçün əmin-aman məkan ola bilərmi?!