Ryabkov: İranla münasibətlərimiz ABŞ-ın təzyiqinə təslim olmayacaq
https://azeri.sahartv.ir/news/dünya-i403002-ryabkov_İranla_münasibətlərimiz_abŞ_ın_təzyiqinə_təslim_olmayacaq
Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Tehran və Moskva arasında hərbi əməkdaşlığa görə Vaşinqtonun İrana təzyiqi ilə bağlı fərziyyələrə münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2023 09:31 Asia/Baku
  • Ryabkov: İranla münasibətlərimiz ABŞ-ın təzyiqinə təslim olmayacaq

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Tehran və Moskva arasında hərbi əməkdaşlığa görə Vaşinqtonun İrana təzyiqi ilə bağlı fərziyyələrə münasibət bildirib.

Rusiyalı rəsmi deyib: “İranla əməkdaşlığımız davam edəcək və Amerikanın geosiyasi təzyiqinə təslim olmayacaq.”

Onun sözlərinə görə, bu əlaqələrdə heç bir dəyişiklik yoxdur və İranla əməkdaşlıq davam edəcək.

Bu ayın əvvəlində İngiltərənin “Financial Times” qəzeti ABŞ-ın Rusiyaya döyüş pilotsuz təyyarələrinin satışını dayandırması üçün İrana təzyiq etdiyini iddia edib.

İran Ukrayna müharibəsində istifadə üçün Rusiyaya pilotsuz təyyarələr göndərdiyini dəfələrlə təkzib edib.