Sen 17, 2023 13:30 Asia/Baku
  • Bayden ağdərili olmayan azlığı təhqir edib

Ağ Ev ölkə prezidenti Cozef Baydenin afroamerikalı və latın işçilərinin təhsilinin olmamasına işarə etdiyi çıxışının stenoqramını “qeyri-adi” şəkildə dəyişdirib.

“Daily Mail”-ın yazdığına görə, Merilend ştatında çıxışı zamanı Amerika lideri iri korporasiyaların dövlətə “ədalətli vergi payı” verməsi və ABŞ-da 13 milyon iş yerinin yaradılması barədə danışıb. Bununla belə, o, ağdərili olmayan azlıqların və veteranların təhsilsizliyinə eyham vurmaqla “ciddi səhvə” yol verib.

“Biz rekord səviyyədə aşağı işsizliyi görürük, xüsusən mən bunu bütün karyeram boyunca vurğulayıram - xüsusən afroamerikalı işçilər, latın işçiləri və veteranlar, bilirsiniz, orta məktəb diplomu olmayan işçilər arasında”,-Bayden deyib.

Nəşr qeyd edib ki, daha sonra prezidentin çıxışının rəsmi stenoqramlarını dərc edən Ağ Ev Baydenin sözlərini düzəldib.

ABŞ-ın hazırkı prezidentinin sözləri və davranışları mütəmadi olaraq onun işinin öhdəsindən gəlmək qabiliyyətinə şübhələr yaradır. Bəzən Bayden tədbirdə olanların adlarını və ya vəzifələrini qarışdırır və səhnədən çıxış yolu tapmaq üçün başqalarının köməyinə müraciət edir.

 

 

Teqlər