Bakı və İrəvan sülhün bir addımlığında
Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Onlar müharibə edən tərəflər deyil. Onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risk yoxdur", - Kreml nümayəndəsi müxbirin sualına cavabında bildirib.
Digər tərəfdən dünən Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla söhbəti olub.
Erməni tərəfi iki ölkə liderlərinin görüşündə “Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələlərin” müzakirə olunduğu barədə məlumat yayıb.
Rusiyanın “Kommersant” qəzeti də sözü gedən söhbət barədə məlumat yayıb. Nəşrin mənbələrinə görə, tərəflər “Yeni ildən az sonra” imzalana biləcək sülh müqaviləsi üzərində fəal işləməyə davam edirlər.