Nyu-York polisi "Kolumbiya" Universitetində Fələstini dəstəkləyən tələbələrə hücum edib
Fələstini dəstəkləyən etirazçılar Kolumbiya Universitetinin inzibati binasını ələ keçirdikdən sonra polis binaya daxil olub və 100-ə yaxın etirazçı tələbəni həbs edib. Bütün dünyaya yayılan bu tip tələbə etirazları Qəzzədə atəşkəs və Fələstin millətinə dəstək məqsədi daşıyır.
"İSNA"nın məlumatına görə, ABŞ-ın Nyu-York şəhərindəki "Kolumbiya Universiteti"nin rektoru bu universitetin şəhərciyində təhlükəsizliyi və asayişi təmin etmək üçün artıq heç bir yol olmadığını elan etdikdən sonra yüzlərlə Nyu-York polisi köməyə çağırılıb və tələbələri sıxışdırmağa başladılar.
"Associated Press" xəbər agentliyinin məlumatına görə, Kolumbiya Universitetindəki "Hamilton Hall" binası Fələstin tərəfdarı olan tələbələr tərəfindən zəb edilmişdi və tələbələr orada oturaq aksiya keçirirdilər ki, polis məmurları etirazçı tələbələri binadan çıxararaq, oranı təxliyə və tələbələri həbs edib.
Polislə etirazçı tələbələr arasında qarşıdurma çərşənbə axşamı yerli vaxtla saat 21-00-da baş verib və dəbilqə və iğtişaş əleyhinə geyimlərlə təchiz edilmiş polislər binaya daxil olublar. Yayımlanan videolara əsasən, onlarla polis məmuru toplantının keçirildiyi binanın girişndəki pəncərədən, digər məmurlar isə binanın yaxınlığında park edilmiş avtomobillərin üzərindən içəriyə daxil olublar. 100-ə yaxın etirazçı tələbə saxlanılıb və avtobusla Kolumbiya Universitetinin kampusundan çıxarılıb.
Qarşıdurma Fələstini dəstəkləyən etirazçıların çərşənbə axşamı gecə yarısından az sonra Hamilton binasında oturaq aksiyaya başlamasından 12 saat sonra baş verib. Polisin bu hərəkəti Nyu-York polisinin irqçiliyə və Vyetnam müharibəsinə qarşı etirazlar zamanı eyni binaya basqınının 56-cı ildönümündə həyata keçirilib.
Qəzzə müharibəsinə qarşı etirazlarda qarşıdurmaların yaşandığı bir vaxtda polis məmurları çərşənbə axşamı Harlem bölgəsindəki "Nyu-York Şəhər Kolleci"ndə də onlarla fələstin tərəfdarını həbs ediblər.
Etirazçılar çərşənbə axşamı "Nyu-York Şəhər Kolleci"nin inzibati binasına girməyə cəhd etdilər, polis etirazçılarla toqquşdu, onlar "Howard E. Will"in inzibati binasına doğru yürüş etdilər. Etirazçıların çoxu sonda kampusdakı çadırlarına qayıtdılar.
Los-Ancelesdəki “Kaliforniya Universiteti”nin rəsmiləri ilk dəfə olaraq, Fələstinə dəstək etirazlarını qanunsuz elan edib, etirazçılara xəbərdarlıq ediblər ki, universitet şəhərciyini tərk etməsələr, bu hərəkətlərin nəticələri ilə üzləşəcəklər.
Rod-Aylenddəki "Braun Universiteti" də çərşənbə axşamı Qəzzə müharibəsi əleyhinə aksiya keçirən tələbələrin bir qrupu ilə bir razılaşma imzaladığını açıqlayıb. Razılaşmaya əsasən, tələbələrin kampusdakı çadırlarını yığışdırması müqabilində universitet sionist rejimlə əlaqəli şirkətlərlə münasibətlərinə yenidən baxacağına söz verib.
Bu razılaşma Amerikanın nüfuzlu universiteti ilə Fələstin tərəfdarı olan tələbə hərəkatı arasında imzalanmış ilk müqavilə hesab olunur.