İyun 05, 2024 18:52 Asia/Baku
  • Sloveniya parlamenti Fələstin dövlətini tanıyıb

Sloveniya parlamenti Fələstini müstəqil və suveren dövlət kimi tanınması ilə təklif etdiyi qanun layihəsini yüksək səslə təsdiqləyib.

Sloveniya hökuməti mayın 30-da Fələstinin müstəqil dövlət kimi tanınması barədə qərar qəbul edib və məsələni parlamentin müzakirəsinə verib.

Sloveniya spikerinin sözlərinə görə, səsvermədə əlli iki deputat qanun layihəsinin lehinə səs verib, heç kim əleyhinə səs verməyib. Beləliklə Sloveniya Fələstini müstəqil və suveren dövlət kimi tanıyıb.

Sloveniyanın qərarı İspaniya, Norveç və İrlandiyanın Fələstin dövlətini tanımasından bir neçə gün sonra verilib.

Mayın 22-də İspaniya, İrlandiya və Norveç Fələstini tanımaq qərarını elan etdilər.

Bundan əvvəl Avropa İttifaqının yalnız 7 ölkəsi müstəqil Fələstin dövlətini rəsmən tanımışdı.

Hazırda Avropa İttifaqının 27 üzvündən İsveç, Kipr, Macarıstan, Çexiya, Polşa, Slovakiya, Rumıniya və Bolqarıstan artıq Fələstin dövlətini tanıyıb. Malta da tezliklə belə bir addım atacağını açıqlayıb.

Həmçinin bu gün Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkədən 140-dan çoxu Fələstinin dövlətçiliyini tanıyır.

İngiltərə və Avstraliya Fələstini tanımaq məsələsini nəzərdən keçirdiklərini bildiriblər, amma Fransa indi belə bir addımın vaxtı olmadığını deyib.

Almaniya ABŞ-la birlikdə iki dövlətli həllin yalnız danışıqlar yolu ilə əldə edilə biləcəyini söyləyərək, birlikdə Fələstini tanımaqdan imtina edib.

Danimarka parlamenti də mayın 28-də Fələstin dövlətinin tanınmasına dair qanun layihəsini rədd edib.

Teqlər