Almaniya terroçubaşı Şarmehdə görə İrana hədə gəlir
Almaniyanın xarici işlər naziri Annalena Berbok Almaniya vətəndaşı Cəmşid Şarmehdin İranda edam edilməsinə cavab olaraq sanksiyalar elan edib.
SəhərAzəri-nin məlumatına əsasən, onların arasında Frankfurt, Münhen və Hamburqda İrana aid üç baş konsulluğunun bağlanması da var. Bildirilir ki, yalnız Berlindəki səfirlik fəaliyyətini davam etdirəcək. Atılmış bu addım Almaniya vətəndaşlığı olmadığı təqdirdə ölkəni tərk etməli olacaq 32 konsulluq əməkdaşına təsir edəcək.
Qeyd edək ki, Almaniya və İran vətəndaşlığına malik olan Şarmehd, 2020-ci ildə Dubayda istirahət səfərində İran xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
"Tondər" terorçu liderini 2023-cü ildə İranın Ali Məhkəməsi onu “terrorçuluq”da əli olduğunu sübut edərək edam cəzasına məhkum edib. Bu ədalətli hökmə faşist varisi Almaniya və Avropa İttifaqının hakimiyyət dairələri tərəfindən kəskin şəkildə pislənib.